Yasamaldakı ASAN xidmət bağlanır – SƏBƏB

Bakının Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.

Bu barədə Globalinfo.az-a “ASAN xidmət” mərkəzindən məlumat verilib.

Vətəndaşlar hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən götürmək üçün martın 1-dən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.