Yasamalda tonqala düşənlərin durumu açıqlandı – VİDEO

Yel çərşənbəsində tonqaldan tullanan bir yeniyetmə və bir uşaq ocağa yıxılıblar.

Hadisələrdən biri Yasamal rayonunun Şərifzadə küçəsində baş verib. 17 yaşlı yeniyetmə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib, tibbi yardım göstərildikdən sonra isə evə buraxılıb.

Globalinfo.az bildirir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

***11:14

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Xatırladaq ki, martın 12-də – Yel çərşənbəsində iki azyaşlının tonqala düşməsi ilə bağlı sosial şəbəkə platformalarında görüntülər yayılmışdı.