Xırdalanda sərnişin taksidə öldü

Abşeron rayonunda sərnişin taksidə ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Atəş Babayevin idarə etdiyi “Kia Rio” markalı avtomobil Xırdalan şəhəri ərazisində hərəkətdə olarkən sərnişin 1973-cü il təvəllüdlü Araz Əsgərov ölüb.

Hadisə ilə bağlı meyitə baxış keçirilib.

Sürücünün bildirdiyinə görə, Araz Əsgərov yolda olan zaman kəskin ürək ağrıları olduğunu deyəndən bir müddət sonra ölüb.

Araşdırma aparılır.