esas xetai 19

Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon Təşkilatının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  birgə təşkilatçılığı ilə  “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib.

Globalinfo.az bildirir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, YAP Veteranlar Şurasının üzvləri, akademik Urxan Ələkbərov, Vahid Novruzov, Nazim İsmayılov, Tahir Məmmədov və Zahid Xəlil, Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edərək bildiriblər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi olub. Qeyd edilib ki, milli qurtuluş ideologiyasının təntənəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik ənənələrinin gücləndirilməsində, sosial-iqtisadi inkişafın təmin edilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynayıb.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub, müasir dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin edib.

Bildirilib ki, müstəqilliyin qazanılması nə qədər mühüm idisə, onun qorunub saxlanılması və inkişaf etdirilməsi də bir o qədər vacib məsələ idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri yaradılıb. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixində əlamətdar gün kimi xüsusi yer tutur və 1997-ci ildən etibarən dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunur.

Rəsmi hissədən sonra tədbir tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri vətənpərvərlik ruhlu musiqi nömrələri və rəngarəng konsert proqramı ilə davam edib.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.

xl 2 scaled xl 3 scaled xl 4 scaled xl 5 scaled xl 6 scaled xl 7 scaled xl 8 scaled xl 9 scaled xl 10 scaled xl 11 scaled xl 12 scaled xl 13 scaled xl 14 scaled xl 15 scaled  xl 17 scaled xl 18 scaled xl 19 scaled xl 20 scaled xl 21 scaled xl 22 scaled xl 23 scaled xl 24 scaled xl 25 scaled xl 26 scaled xl 27 scaled xl 28 scaled xl 29 scaled xl 30 scaled xl 31 scaled xl 32 scaled xl 33 scaled

xl 1 scaled

Paylaş: