Ölkənin əsas rəqəmsal hökumət platforması olan “Mygov”da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. “Mygov” platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “Mygov ID” funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməsi effektiv deyil. “Mygov” platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəssisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var.
Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar”, – N.Həmzəyev vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az