Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışların aparılması barədə yeni məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.
Qeyd edilib ki, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan “Railgo”un Lujnikidəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər doğrudan da basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib. Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək, problemin müvəqqəti həllinə nail olub.
Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayıblar.
O da vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.
***19:58
Moskvadakı iki məlumatlı mənbənin haqqin.az-a verdiyi məlumata görə, iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun ofisində axtarışların aparılması ilə bağlı yayılan xəbər doğrudur.
Globalinfo.az xəbər verir ki, Rəhman Xəlilov özü hazırda Bakıdadır. Və Moskvada baş verənləri təkzib edən bəyanatı Azərbaycan paytaxtında bir iş adamı hazırlayıb.
*** 18:44
Rusiya mediası iş adamı İsgəndər Xəlilovun oğlunun ofisində keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin rəhbərliyi isə ofisdə axtarış aparılması ilə bağlı yayılan məlumatı təkzib edir.
Bu barədə şirkətin rəsmi məlumatında deyilir.
“25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi rejimdə davam edib. Şirkətlə bağlı heç bir istintaq-əməliyyat tədbirləri aparılmayıb”, – məlumatda vurğulanıb.
Əliyar Xəlil