Image TG UPB 2 Putins Ambition 0 2

“Amerikalı maliyyəçi Ceffri Epşteyn dəfələrlə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyib. Bu, onun Rusiya liderinə “qarşılıqsız sevgisini” göstərir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, Epşteynin sənədlərində Vladimir Putinin adına 1000-dən çox dəfə rast gəlinir:

“Lakin bu, heç bir qanun pozuntusu demək deyil və onların görüşdüyünə dair dəlil yoxdur. Epşteyn isə buna can atıbmış kimi görünür.

Belə ki, o, 2011-2018-ci illər arasında dəfələrlə Rusiya prezidenti ilə əlaqə qurmağa cəhd edib. Bu cəhdlərin əksəriyyəti 2009-2019-cu illərdə Avropa Şurasının baş katibi vəzifəsində çalışmış Torbyorn Yaqland vasitəsilə olub. Məsələn, 2018-ci ildə maliyyəçi ona bir daha “həqiqətən Putinlə görüşmək istədiyini” deyib”.

Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Ceffri Epşteyndən Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün heç bir təklif gəlmədiyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: