Qarabağ separatçıları Rusiyada baş verən son hadisələrdən öz mənafeləri naminə istifadə etməyə çalışırlar.
Globalinfo.az xəbər verir ki, separatçıların oyuncaq “milli-demokratik qütb” şurası bölgədə sülhün həssas və kövrək olduğunu açıqlayıb.
Separatçılar sülhməramlıların öhdəliklərini yerinə yetirmədiklərini bildiriblər. Həmçinin Rusiya daxilindəki vəziyyətə görə sülhməramlıların hər an Qarabağı tərk edə biləcəyini deyiblər.
Təşvişə düşən ermənilər məsələnin həlli kimi bölgədə sülhməramlı fəaliyyətin beynəlxalq və çoxmillətli qaydada təşkilini irəli sürüblər.
Tahir Turan
Globalinfo.az