Xankəndidə savaş qızışır: Rusiya təsdiqlədi, bu, qaçılmazdır

Xankəndidəki separatçı, saxta rejimdə “kadr dəyişiklikləri” gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

“Bir müddət əvvəl yazdığımız kimi, Ruben Vardanyanın istefası qaçılmazdır. Bunu Rusiya tərəfi təsdiqləyərək, qarabağlılara özlərinin situasiyadan çıxış yolu tapmasını təklif edib. Bununla belə, yerli siyasi qüvvələr Ermənistan hakimiyyətindən fərqli olaraq kompromisə getməyə və konsensus tapmağa üstünlük verirlər. Bu səbəbə görə, situasiyanın dinc nizmalanması variantı və konstitusiya dəyişiklikləri məsələsi müzakirə edilir. Məsələ ondadır ki, konstitusiyada qlobal dəyişikliklər üçün referendum təşkil edilməlidir ki, indiki zamanda bunu reallaşdırmaq çox çətindir. Seçkinin təşkili də rahat olmaya bilər”, – məqalədə bildirilib.

Qeyd edilir ki, Ermənistan hökuməti baş verən proseslərdən kənarda qalmağı düşünmür. Xankəndidəki situasiyanı nəzarət altında saxlamaq üçün separatçı rejimin keçmiş “təhlükəsizlik şurası katibi” Samvel Babayanı aktivləşdirən Paşinyan bütün diqqətləri onun üzərinə yönəltməyi bacarıb. Bununla belə, maraqlı məqam Babayanın bu gün separatçıların lideri olmaq istəmədiyini açıqlaması olub:

“Aydın bəyan edirəm ki, “konstitusiya”nın dəyişməsindən asılı olmayaraq, Qarabağın “lider”i vəzifəsinə iddia etmirəm. Mən adımın daxili mübarizədə hallanmasına izn vermərəm”.

Qeyd edək ki, Araik Arutyunyan Moskvadan qayıtdıqdan az sonra “konstitusiya” dəyişiklikləri təklifi ilə çıxış edib. Bu təklifə əsasən, “parlament”in səlahiyyətləri artırılmış olacaq.

İlkin Həsənov
Globalinfo.az