Xankəndidə gərginlik pik həddə çatdı: Araikə qarşı etirazlar başladı

Xankəndidəki separatçı rejimdə gərginlik pik həddə çatıb.

Globalinfo.az xəbər verir ki, separatçıların lideri Araik Arutyunyanın bu günə planlaşdırılan müraciətindən əvvəl qondarma rejimin “parlamentində” təmsil olunan 3 “partiya” etiraz bəyanatı yayıb.

Məlumata görə, bəyanatı “Ədalət Partiyası”, “Daşnaksütyun Partiyası” və “Demokratik Partiya” yayıb. Bəyanatda “partiyalar” Arutyunyanı tənqid edərək, onun təklif etdiyi reformlara qarşı çıxıblar. Bununla siyasi qüvvələrə həm də Vardanyanın istefaya göndərilməsinə etiraz ediblər.

Qeyd edək ki, bu gün Araik Arutyunyanın müraciəti gözlənilir. Onun Ruben Vardanyanı “istefaya göndərəcəyi” təxmin olunur.

İlkin Həsənov
Globalinfo.az