putin el 10

Rusiya Prezidenti Vladimir Putin Admirallıq binasında keçirilən qəbulda şampan stəkanını sındıran əcnəbi qonağı sakitləşdirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bazar günü Rusiya prezidenti Çin, Əlcəzair və Hindistandan olan gəmi komandirlərini toplayıb. İclasda digər ölkələrin, o cümlədən Azərbaycan, Vyetnam və Misirin dəniz qüvvələri komandirləri də iştirak ediblər.

Dövlət başçısının çıxışı başa çatdıqdan sonra ofisiantlar qonaqlara içkilər təqdim etməyə başlayıblar. Əcnəbilərdən biri təsadüfən stəkanını yerə atıb. Putin həmin qonağı sakit olmağa çağırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: