Xankəndidə generalların gizli toplantısı – Nəyə hazırlıq gedir?

Xankəndidəki separatçıların rəhbəri Araik Arutyunyan “güc strukturlarının nümayəndələrinin” iştirakı ilə “iclas” keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Görüş zamanı Arutyunyan erməni generallara tapşırıq versə də, bunun nədən ibarət olduğu açıqlanmayıb.

“İclasa” generallarla yanaşı separatçı “administrasiyanın rəhbəri” Karen Şahramanyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan da qatılıb.

İlkin Həsənov
Globalinfo.az