Xameneidən Rəisi ilə bağlı addım: “Dəfn mərasimində…”

Ayətullah Xamenei İranın mərhum prezidenti İbrahim Rəisinin dəfn mərasimində ibadət edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei Rəisinin dəfn mərasimində meyyit namazı qılacaq.

Xameneinin helikopter qəzasında ölən şəxslərin dəfn mərasimində imamlıq etməsi planlaşdırılır.

Qeyd edək ki, Rəisinin cəsədi cümə axşamı Məşhəd şəhərində torpağa tapşırılacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az