Xaçmazda yeni körpü istifadəyə verildi – VİDEO

Sentyabrın 15-də sel sularının yuyub uçurduğu Qudyalçay körpüsünün yerində inşa edilmiş yeni körpü bu gün istifadəyə verillib. Körpü təxminən 3 ay müddətində sürətlə və xüsusi keyfiyyətlə inşa edilib. 

Globalinfo.az bildirir ki, bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev yeni körpünün indi daha davamlı və uzunmüddətli olduğunu deyib.

O, yeni körpünün əvvəlki körpüdən fərqliliyini də açıqlayıb:

“Körpünün uzunluğu 70, eni 14,5 metrdir. İki aşırımlıdır. Maksimum çalışdıq ki, vaxtında istifadəyə verək”.

Xaçmaz sakinləri də Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə yeni körpünün istifadəyə verilməsini təqdirəlayiq hal hesab edərək dövlət başçısı İlham Əliyevə təşəkkür ediblər.

İş adamı Rəşad Məlikməmmədov və ziyalı Abdulla Didarov körpü uçmasının bu yolun üstündə yerləşən obyekt və mağazalara xeyli ziyan vurduğunu bildirərək yeni körpünün inşasında əziyyəti keçən insanlara, inşaatçılara razılıq ediblər.
Sonra sentyabrın 15-dən bağlı olan Gəndab-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsindəki yeni körpü sürücülərin istifadəsinə verilib. Rusiya sərhədinə, Xudat, Yalama-Nabran istiqamətinə gedən nəqliyyat vasitələrinin bu gündən yeni körpüdən istifadəsi reallaşdı.