Xaçmazda körpü dağıldı: dövlət rəsmiləri ərazidədir – YENİLƏNİB

Xaçmaz rayonunda Qudyalçayın üzərində körpünun dağılması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun 26-cı km-də, Xaçmaz şəhərinin mərkəzindən keçən körpünün dağıldığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər qurumların rəsmiləri baş çəkiblər.

***09:33

Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların Heybetov Elisafa Abas oğlu (1966-cı il), Qarayev Efsun Esger oğlu (1984-cü il) və Səfərəliyev Elvin Tofiq oğlu (1999-cu il) olduğu bildirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.

Komissiya sədrinin sözlərinə görə, körpünün uçmasına səbəb kimi aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğunu bildirib.

X X X

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.

Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.
Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB