“X” (Twitter) sosial platformasında məxfilik pozuntuları ilə bağlı müraciətlər artıq Azərbaycan dilində də qəbul edilir.

    Globalinfo.az xəbər verir ki, Yardım Mərkəzində “Məxfilik pozuntuları olan məzmunu şikayət edin” bölməsinə Azərbaycan dili əlavə olunub. Bu, istifadəçiyə hadisənin mahiyyətini və müraciətinin səbəbini ana dilində daha dəqiq ifadə etmək imkanı verir.

    İstifadəçilər ad-soyadını, “X” istifadəçi adını və elektron poçt ünvanını qeyd etməklə sorğularını göndərə bilərlər.

    Məqsəd istifadəçilərin fərdi məlumatlar sahəsində hüquqlarının qorunması və müraciət mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsidir.

    fg 81

    fg 82

    fg 83

    Paylaş: