“Whatsapp”da daha bir yenilik – Artıq sizi narahat edən insanları…

“WhatsApp” qarşı tərəfi bloklamaq üçün daha asan və daha sürətli olacaq qısayol üzərində çalışır.
Globalinfo.az Sfera.az-a istinadən xəbər verir ki, sınaq mərhələsində olan bu yeniliyin təhlükəsizlik baxımından funksional olacağı düşünülür.
“WhatsApp”ın bloklama qısayolu sayəsində istifadəçilər həmin şəxsin profilinə daxil olmaq məcburiyyətində qalmayacaqlar. Bununla, artıq sizi narahat edən insanları söhbət ekranındankı qısayol vasitəsilə əngəlləyə biləcəksiniz
“Whatsapp” bu yenilik vasitəsilə insanların işlərinin daha da asanlaşacağı qənaətindədir. Yeniliyin nə vaxt tətbiq ediləcəyi haqda hələ ki, məlumat verilməyib.