qazi 24

Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, 24 yaşlı qazi axşam saatlarında dünyasını dəyişib.

O, bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib.

O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra isə təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub.

O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib.

Allah rəhmət eləsin!

ef2e977dfd4c4da31838c5e8d105f349xmas png 35cfb0fa99194a090375900f7907b518xmas2 png

35cfb0fa99194a090375900f7907b518xmas2 png
6c9f398fde23ee969d864285f2020677xmas3 png

Paylaş: