prokuror

Bu ilin mart ayının 5-də vəfat edən Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fərhad Səfərovun yerinə təyinat olub.

Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, müvafiq əmrlə Nigar İnqilab qızı Əhmədova Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifələrini icra edən təyin olunub.

O, Şirvan GEM-in Epidemiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu ilin mart ayının 5-də Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, tanınmış cərrah Fərhad Səfərov 65 yaşında vəfat edib.

Vəfat edən direktorun vəzifəsini icra edəcək şəxs məlum oldu - FOTO

Fərhad Səfərov

Vəfat edən direktorun vəzifəsini icra edəcək şəxs məlum oldu - FOTO

Nigar Əhmədova

Paylaş: