“Vaşinqton İranın yeddi günlük atəşkəs və Hörmüz boğazının açılması ilə bağlı təklifini Tehran tərəfindən irəli sürülən şərtlərə görə qəbul etməyib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Mayk Uolts deyib.
Uoltsun sözlərinə görə, İranın tələbləri arasında dondurulmuş milyardlarla dollar vəsaitə çıxış əldə etmək və ABŞ sanksiyalarının ləğvi də olub:
“Onlar dondurulmuş milyardlarla dollar vəsait istəyirlər və sanksiyaların ləğvini tələb edirlər”.
Safura Bənnayeva
Globalinfo.az