Qarabağ bitdi, Bakı növbəti uğura hazırlaşır – Erməni politoloq

“Hesab edirəm ki, Azərbaycan Qarabağ məsələsində istəyinə nail olub və Vaşinqtonda daha böyük uğur qazanmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Yervand Bozoyan Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında keçirilməsi planlaşdırılan görüşün təxirə salınması haqda deyib.

“Nikol Paşinyan onsuz da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, bu baxımdan məsələ onlar üçün həll olunmuş sayıla bilər. Ona görə də növbəti Vaşinqton danışıqlarında məqsəd qaçqınların geri qaytarılması ilə bağlı iddiaların həyata keçirilməsi olacaq. Paşinyan hakimiyyəti artıq xalqın gözündə legitimliyini itirib. Onun tək dərdi vəzifədə qalmaqdır. Əgər hər şey belə davam edərsə, Azərbaycan bütün istəklərinə nail olacaq”, – Y.Bozoyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az