Vasif Talıbovun oğlu şəhid Orxanın yas mərasiminə belə gəldi – FOTO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimində sürpriz bir qonaq diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, yas mərasimində çəkilən fotolardan birində Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov da var.

Onun Orxan Əsgərovun ailəsinə başsağlığı vermək üçün gəldiyi bildirilib.

Qeyd edək ki, Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar və hökumət nümayəndələri də iştirak edib.

Tamerlan Yayaqan
Globalinfo.az