Erməni milyarder Nubar Afeyan Azərbaycana qarşı fəaliyyətə erməni diasporunu da səfərbər etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Nubar Afeyan özü etiraf edib.
O bildirib ki, keçən həftə BMT nümayəndələri ilə görüşərək, onlardan COP29-un təxirə salınmasını istəyib.
Afeyan həmçinin etiraf edib ki, bir çox jurnalist və hüquq müdafiəçilərinin COP29-a qatılmasına mane olmaq üçün hər şeyi edib.
Qeyd edək ki, Nubar Afeya ABŞ ermənisidir. O, erməni diasporunda ən nüfuzlu şəxslərdən sayılır. Afeyan Ruben Vardanyanın ortağı olmaqla bərabər onun azad olunması üçün aparılan kampaniyanın əsas təşkilatçısıdır.
Əliyar Xəlil
Globalinfo.az