“Litva hakimiyyətinin konstitusiyadan nüvə silahının ölkə ərazisində yerləşdirilməsini qadağan edən müddəanı çıxarmaq niyyəti eskalasiyanın yeni mərhələsi olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bunu proqnozlaşdırmaq mümkün idi. Bu, eskalasiya və gərginlik baxımından çox ciddi mərhələ olacaq. Siz öz ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, deməli, o, kiməsə qarşı yönəlib.
Bu silahın qərbə deyil, şərqə, yəni bizə qarşı yönələcəyi açıq-aydındır. Əgər ərazidə bizə qarşı yönəlmiş nüvə silahı olarsa, o zaman, müvafiq olaraq, həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın hədəfinə çevriləcək”, – deyə Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, Litva hökuməti konstitusiyadan nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın çıxarılması məsələsini nəzərdən keçirəcək. Bu barədə respublika parlamentinin sədri Yuozas Olyakas bildirib. “Konstitusiya qəbul ediləndə geostrateji vəziyyət tamamilə fərqli idi”, – deyə o qeyd edib. Olyakas hesab edir ki, Litva belə bir konstitusiya məhdudiyyəti ilə NATO kontekstində “ağ qarğa” kimi görünür.
Əliyar Xəlil
Globalinfo.az