Vardanyanın Xankəndi haqda ikibaşlı mesajının açması budur – Rus ekspert

Erməni elitası 2020-ci il məğlubiyyətindən sonra “miatsum” (Qarabağla Ermənistanın birləşdirilməsi – red) haqqında fikirləşmir. Ona görə də biz Vardanyanı tezliklə İrəvanda görəcəyik.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Vardanyanın Qarabağda siyasi yolu bağlandı. O deyəndə ki, bundan sonra Qarabağın rifahı üçün işləyəcək, yalan demir. Lakin Ermənistanın siyasi arenasına çıxışı olmadan belə fəaliyyət çətin ki, qısa müddətdə nəticə gətirsin. Bu isə o deməkdir ki, gələcəkdə biz Vardanyanın Ermənistandakı planları barədə eşidəcəyik. Qısa müddət ərzində – noyabrdan fevrala qədər o, Ermənistanda özünə kifayət qədər dəstəkçi toplayıb. Yəni bir pəncərə bağlananda digəri açılır”, – S. Markedonov bildirib.

İlkin Həsənov
Globalinfo.az