Paşinyan tələsir: müharibə bitməmiş addım atacaq – Vardanyan

“Ermənistan Baş naziri Nikol Paşinyan və komandası erkən seçkilərə getmək qərarına gəlib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Hayastan” fondunun keçmiş rəhbəri, siyasi ekspert Ara Vardanyan deyib.

“Onun bu il və ya gələn il növbədənkənar seçkilərə getməsi ehtimalı yüksəkdir. Paşinyan bunu Rusiya-Ukrayna müharibəsi bitməmiş etmək istəyir. Çünki Rusiya Ukrayna münaqişəsi ilə məşğul olduğundan bu regiondakı proseslərə çox da qarışmayacaq. Paşinyan da bundan istifadə etmək niyyətindədir”, – o bildirib.

Safura Bənnayeva
Globalinfo.az