sulhmeramlivaqner

Şuşa-Laçın yolunda aksiyanın başlamasından sonra bir çox rusiyalı ekspert sərsəm və nifrət ritorikasında çıxışlar etməyə başladı. Bu çıxışların bəzilərində isə açıq şəkildə Bakını bombalamaq təklifləri verildi. Diqqətçəkən bir məqam isə rus ekspertlərin “Vaqner”i Qarabağa göndərməyi təklif etməsidir.

Maraqlıdır, “Vaqner” muzdluları Qarabağa gələ bilərmi? Bu baş versə, rəsmi Bakı hansı addımları atacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, rusiyalı ekspert istefada olan polkovnik Aleksandr Jilin Qarabağdakı separatçı-terrorçulara başçılıq etmək istəyən Ruben Vardanyana, eləcə də erməni diasporuna iki tövsiyə verib:

Birincisi, SEPAH-dan dəstək almaq

İkincisi, “Vaqner”in Qarabağa gətirilməsidir.

İstisna deyil ki, ehtiyatda olan polkovnik bununla Rusiya özəl hərbi şirkətlərinin ictimai lobbiçiliyini aparır. Zəngin ermənilər özəl şirkətləri separatçıların “müdafiəsi”nə cəlb etmək təklifini dəyərləndirə, Xankəndindəki mitinqdə Bakıya “müharibə elan” edən milyarder Vardanyanın özü də bu işə pul xərcləyə bilər.

Bu baxımdan, “Vaqner” tipli özəl hərbi şirkətlərin bölgəyə “sülhməramlı” formasında, yaxud “mülki geyim”də hərbçilər göndərə biləcəyi ehtimalı da nəzərə alınmalı, Laçın yolunda daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir”.

Turan Rzayev
Globainfo.az

Paylaş: