Valensiya tarixinin ən dəhşətli yanğını: ölənlər var – VİDEO

Valensiya şəhərində baş verən yanğın nəticəsində azı dörd nəfər həlak olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli Fövqəladə Hallar üzrə Koordinasiya Mərkəzinin “X” səhifəsində məlumat verilib.

Bildirilir ki, binanın xüsusiyyətləri yanğını söndürməyə imkan vermir.

“Yanğınsöndürənlərin binaya daxil olmasının nə vaxt təhlükəsiz olacağı məlum deyil”, – deyə məlumatda vurğulanıb.

Yerli mediada yayılan məlumata görə, yanğın zamanı azı 14 nəfər yaralanıb, 19 nəfər isə itkin düşüb.

Yanğın 14 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Alüminiumdan hazırlanmış üzlük və sintetik izolyasiya örtüyü alovun sürətlə yayılaraq təxminən yarım saat ərzində bütün binanı bürüməsinə səbəb olub.

Qeyd edək ki, bu yanğın Valensiya tarixində ən dəhşətli yanğın hesab olunub.