Moldovada güclü zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, zəlzələ Moldovada 5,2 bal gücündə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
Yeraltı təkanların Rumıniya, Ukrayna və Bolqarıstanda hiss olunduğu qeyd edilir.
Qeyd edək ki, Moldova prezidenti Maya Sandu televiziyada canlı efirdə çıxış edərkən zəlzələ baş verib.
Müşviq Tofiqoğlu
Globalinfo.az