inf 0u

“Bakıda “Sabah” və “Qarabağ” komandalarının rəqabətli qarşılaşmada xalları bölüşməsi Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdi”.

Globalinfo.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino “Instagram” hesabında yazıb.

O bildirib ki, Misli Premyer Liqasının IX turunda baş tutan qarşılaşmanı izləməkdən məmnunluq hissi keçirib: “Oyunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA-nın prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri – Yohanna Vud və Rodolfo Vilyalobos, eləcə də “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə izləmək məni xoşbəxt etdi.

Belə möhtəşəm atmosfer yaratdıqları üçün hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları bir araya gətirdiyini və sevinc bəxş etdiyini sübut edir”.

SaveClip.App 865938029 18038236547902645 4293420563261812522 n
SaveClip.App 860571868 18038236457902645 516578818233268407 n
SaveClip.App 869220224 18038236724902645 4986031473585518793 n
SaveClip.App 863173120 18038236559902645 6287483090272638946 n
SaveClip.App 865904118 18038236688902645 7534430552576498288 n
SaveClip.App 864989517 18038236571902645 8360709115358937030 n

Paylaş: