Ukraynadan 3 istəyimiz var: sonra müharibə bitəcək – Narışkin

nariskin 131

“Üç şərt yerinə yetirilərsə, Ukraynada sülh əldə oluna bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Bunlar ölkənin qeyri-nüvə statusunun, Kiyev rejiminin yaratdığı ayrı-seçkilik qanunlarının ləğvi və Rusiya sərhədlərinin suverenliyinin tanınmasıdır”, – o bildirib.

Eyni zamanda Narışkin bəyan edib ki, Ukrayna münaqişənin davam etdirilməsində maraqlıdır:

“Ukrayna Prezidenti Volodimir Zelenski və ətrafı hakimiyyətdə qalmaq üçün savaşdan istifadə edir”.

Əliyar Xəlil
Globalinfo.az