budanov

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov ölkəsinin cəbhədə texnoloji “sürpriz” hazırladığını açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə o, Kiyev Təhlükəsizlik Forumu zamanı danışıb.

Onun sözlərinə görə, müharibə artıq elə mərhələyə keçib ki, təkcə pilotsuz uçuş aparatlarının (PUA) sayının artırılması əvvəlki kimi ciddi nəticə vermir.

O qeyd edib ki, növbəti mərhələdə Ukrayna süni intellektin tam inteqrasiyasına keçməyi planlaşdırır. Bu isə avtonom döyüş sistemlərinin yaradılmasına imkan verəcək. Budanov vurğulayıb ki, belə sistemlər hədəfləri müstəqil şəkildə müəyyənləşdirib manevr edə biləcək.

“Bizə elə sistemlər lazımdır ki, onlar insan müdaxiləsi olmadan hədəfi tanıyıb qərar verə bilsin. Bu istiqamətdə işlər gedir və yaxın zamanda düşmən üçün sürpriz olacaq. Ukrayna milli maraqlara zidd olan heç bir ərazi güzəşti və ya kompromisə getməyəcək. Uğurlu danışıqlar yalnız Ukrayna Silahlı Qüvvələrinin gücü fonunda mümkün ola bilər. Ukraynanın Rusiyanın neft obyektlərinə endirdiyi zərbələr “neft sanksiyaları” kimi qiymətləndirilə bilər. Bu addımlar Rusiyanın resurslarını zəiflədir və onu qlobal enerji təchizatçısı kimi etibarsız tərəfdaşa çevirir”, – deyə Budanov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: