Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı

Ukraynada sutka ərzində ikinci dəfə hava hücumu xəbərdarlığı elan edilib.

Globalinfo.az xəbər verir ki, Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri Komandanlığı raketin Kirovoqrad vilayətində şimal-qərbə doğru atıldığı barədə məlumat verib.

İlkin olaraq Dnepropetrovsk, Kirovoqrad və Nikolayev vilayətlərində yerli vaxtla saat 13:10-da hava hücumu xəbərdarlığı elan edilib. 15 dəqiqədən sonra – Kiyevdə və digər bölgələrdə də xəbərdarlıq olub.

Bazar günü səhər saatlarında Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib və bu, təxminən bir saat davam edib.