“Rusiyada qarşıdan gələn yazda “zombi yanğınları” təhlükəsi yarana bilər. Buna səbəb qışda qarın altında qalsa da, tam sönməyən yeraltı yanğın ocaqlarıdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” kanalı məlumat yayıb.
Bildirilib ki, belə yanğınlar torfla zəngin ərazilərdə baş verir:
“Torf torpağın altında uzun müddət yana bilir. Yanğın söndürülsə və ərazini qar örtsə belə, torpağın altındakı közlər yanmağa davam edə bilər. Yazda havalar isindikdə isə yanğın yenidən alovlana və geniş meşə sahələrinə yayılması mümkündür.
Mütəxəssislər hesab edirlər ki, qarşıdan gələn qışın anomal isti və qarsız keçməsi bu təhlükəni artıra, belə şəraitdə yeraltı yanğın ocaqları yazadək qorunub qala bilər”.
Qeyd edək ki, Rusiyada oxşar hallar əvvəllər də qeydə alınıb. 2025-ci ildə yanğınların Çukotka, Murmansk, Arxangelsk və Voloqda vilayətlərinə doğru yayıldığı bildirilmişdi. Yakutiyada da yerli sakinlər qış aylarında torf sahələrinin tüstülədiyini müşahidə etmişdilər.
“Zombi yanğınları” adlandırılan bu hadisə zamanı yanğın tam sönmür, torpağın altında gizli şəkildə davam edir və əlverişli şərait yarandıqda yenidən alovlanır.
Əliyar Xəlil
Globalinfo.az