Ukraynanın bərpası üçün nə qədər pul lazım olacaq? – Məbləğ açıqlandı

Ukraynanın bərpası üçün lazım olan məbləğ açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Məlumata əsasən, yenidənqurma və bərpa xərcləri 486 milyard dollara yüksəlib.

Qeyd edilir ki, bu məbləğ Ukraynanın 2021-ci ildə olan iqtisadiyyatının həcmindən iki dəfəyə yaxın çoxdur.