orban

“Ukraynada sülhün bərqərar olması üçün Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında şəxsi görüş keçirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O bildirib ki, birbaşa danışıqlar başlasa, atəşkəsə çox tez nail olmaq mümkündür.

“Mən əminəm ki, Rusiya və Amerika prezidentləri arasında şəxsi görüş baş tutsa, Ukraynada  atəşkəs və sülh əldə olunacaq. Təkcə telefon danışıqları kömək etməyəcək. Ancaq şəxsi görüş olmasa, vəziyyət indikindən daha şiddətli xarakter alacaq”, – Orban vurğulayıb.

Qeyd edək ki, daha öncə Tramp Ukraynadakı sülh nizamlanmasından narazılığını dilə gətirib və deyib ki, Putinlə söhbəti zamanı irəliləyişə nail ola bilməyib. İki lider arasında telefon danışığı iyulun 3-də baş tutub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Trampın bütün bəyanatlarına diqqətlə yanaşır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: