İsrailin gün ərzində Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 20-dən çox insan həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı xəbər verib.
Qeyd olunub ki, hava hücumları zamanı yaşayış evləri və mülki avtomobil bombalanıb. Aralarında azyaşlı da olmaqla, 20-dən çox insan xəstəxanalara yerləşdirilib, lakin onların dəqiq sayı açıqlanmayıb.
Xatırladaq ki, noyabrın 20-də HƏMAS İsraili Qəzza sektorunda “sarı xətt”dən kənarda nəzarət etdiyi ərazini genişləndirməkdə ittiham etmişdi. Hərəkatın iddialarına görə, İsrail hərbçiləri Qəzza şəhərinin şərqində yerləşən Əş-Şucaiyyə bölgəsində sərhəd xəttini 300 metr irəli çəkiblər.