64cfa13d33c5c64cfa13d33c5d169132882964cfa13d33c5a64cfa13d33c5b

Ukrayna Silahlı Qüvvələri yenidən Krımı Xerson vilayəti ilə birləşdirən yeganə Çonqar körpüsünə zərbə endirib.

Globalinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, körpüyə 4 raket zərbəsi endirilib.

Körpü keçid üçün müvəqqəti bağlanıb, hazırda körpüyə dəyən zərərin həcmi müəyyənləşdirilir.

Qeyd edək ki, Ukrayna ilk dəfə iyulun 22-də Çonqar körpüsünə raket zərbəsi endirib. Məqsəd Krımdan Ukraynanın Xerson və digər vilayətlərindəki Rusiya qüvvələrinə təchizatın dayandırılmasına nail olmaqdır.

64cfa13d205d864cfa13d205d9169132882964cfa13d205d364cfa13d205d5

Paylaş: