ukrayna 1 1 2

Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəd boyunca bir kilometr enində ərazidə xüsusi sərhəd rejimi tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, qərar artıq qüvvəyə minib və sərhəd mühafizə orqanları müəyyən olunan qaydaların icrasına başlayıb. Hərbi vəziyyət müddətində Rusiya və Belarusla dövlət sərhədi boyunca bir kilometr enində ərazilərdə xüsusi sərhəd rejimi qüvvədə olacaq. Bu ərazilərdə insanların sərbəst şəkildə ora daxil olması, qalması, yaşaması və hərəkət etməsi qadağandır. Həmçinin müdafiə və ya dövlət sərhədinin mühafizəsi ilə əlaqəli olmayan işlərin görülməsinə də icazə verilmir.

Məhdudiyyətlər dövlət sərhədi boyunca müəyyən edilən bir kilometrlik zolağa daxil olan bütün torpaq sahələrinə aiddir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: