Ötən gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçirilən “Səbail” – “Zirə” matçında hakimlər biabırçı qərarla yadda qalıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Səbuhi Bayramov meydan sahiblərinin futbolçusu Samuel Nonqoha ikinci sarı vərəqə göstərsə də, qırmızı vərəq verməyi unudub.
Matçın 4-cü hakimi isə baş hakimi yanına çağıraraq ona xəbərdarlıq edib. Nəticədə Nonqoh qırmızı vərəqə alaraq meydandan qovulub.
