Çin Xarici İşlər Nazirliyinin sözçüsü ölkədə naməlum virusun yayılması ilə bağlı məlumatları təkzib edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, gündəlik mətbuat brifinqində bildirib.
XİN sözçüsü bildirib ki, Çində tənəffüs yolları xəstəliklərin ümumi miqyası və intensivliyi keçən ildən daha aşağıdır: “Bu adi virusu naməlum adlandırmaq, əsas elmlə uyğun deyil və mahiyyətcə qorxu yaratmağa xidmət edir”.