Rus ordusu sürətli hücuma keçdi: daha bir şəhər…

“Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərinin əhalisi sürətlə təxliyə edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Volçansk şəhər hərbi administrasiyasının rəhbəri Tamaz Qambaraşvili açıqlayıb.

T.Qambaraşvili əhalinin bir qisminin kortəbii şəkildə şəhəri tərk etdiyini bildirib:

“Hazırda ruslar şəhəri kütləvi şəkildə artilleriya atəşinə tuturlar. Ciddi dağıntılar var, lakin ölən və yaralananlarla bağlı dəqiq məlumat yoxdur. Polis və könüllü şəxslər əhalinin təxliyəsinə kömək edirlər. Digər sakinlər isə şəhərdən kortəbii şəkildə çıxırlar. Şəhərimiz hələ belə atəşə məruz qalmamışdı. İndi Volçanskda qalmaq çox təhlükəlidir”.

Ayşən Mustafa
Globalinfo.az