meyitler

Şəmkirdə bir evdən qadın və kişi meyitlərinin tapılması ilə bağlı yeni detallar məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Varlı Həyat kəndində baş verən hadisə zamanı kişi qeyri-rəsmi yaşadığı qadını öldürüb. Bundan sonra isə o intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək, 1968-ci il təvəllüdlü Rəfi Mustafayev kənddə təsərrüfatla məşğul olub. O, ailəsindən ayrılaraq bir müddət tək yaşayıb. Sonra isə meyti tapılan qadınla qeyri-rəsmi yaşamağa başlayıb.

Hadisənin səbəbləri isə hələlik məlum deyil.

Paylaş: