Finlandiya Prezidenti Aleksandr Stubb Avropa liderlərini Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri yazıb.
Stubba görə, Rusiya ilə danışıqların aparılmasını ABŞ-a həvalə etmək məsuliyyətsiz addımdır.
Çünki Vaşinqton Avropanın nüfuz dairələrinə bölünməsində iştirak edə bilər.
“Biz uzun müddətdir Avropanın Rusiya ilə münasibətlərini başqalarının üzərinə qoymuşuq və hesab edirəm ki, bu, məsuliyyətsizlikdir”, – deyə Finlandiya Prezidenti vurğulayıb.
O qeyd edib ki, Avropa liderləri Putinlə vahid mövqedən danışmaq üçün əvvəlcədən razılaşdırılmış tezislərdən istifadə etməlidirlər.
Noyabrın 12-də Stubb yaxın iki həftə ərzində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin, eləcə də Avropa İttifaqının danışıqlar aparan şəxslərinin iştirakı ilə görüş keçirilə biləcəyini bildirmişdi. Siyasətçinin sözlərinə görə, belə bir görüş irəliyə doğru atılmış addım olardı.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Avropa liderləri ilə danışıqlara hazır olduğunu bəyan etmişdi.
Əliyar Xəlil
Globalinfo.az