Ukrayna Olimpiya Oyunlarını boykot edir – İki səbəb

“Ukrayna 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın idman naziri vəzifəsini icra edən Matvey Bidnıy bildirib.

O əlavə edib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançıları ilə bağlı qərarını dəyişməsə, ukraynalıların oyunlarda iştirakı qeyri-mümkün olacaq.

BOK 2024-cü ilin iyul-avqust aylarında Parisdə keçiriləcək Olimpiya Oyunlarına Rusiyadan səkkiz, Belarusdan isə üç idmançıya icazə verib.

Safura Bənnayeva
Globalinfo.az