Avropa parlamenti Saakaşvili ilə bağlı bunu tələb etdi

Avropa parlamenti Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ilə bağlı yeni qətnamə qəbul edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropa parlamenti Gürcüstan hökumətindən Saakaşvilinin səhhəti ilə bağlı vəziyyət nəzərə alınaraq azadlığa buraxılmasını tələb edir.

Avropalı deputatlar, həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvilini Saakaşvilini əfv etməyə çağırıblar.

Səsvermə zamanı 577 deputat qətnamənin lehinə, 33 nəfər isə əleyhinə səs verib.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.