6825fb721c78a8ae82039f8c

Türkiyə və Ukrayna Prezidentləri Ankarada görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Ukraynadakı müharibə yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə başa çata bilər”, – Prezident Ərdoğan Zelenskiyə bildirib.

Bundan başqa, Ərdoğan Putin və Zelenskinin birbaşa danışıqlarına ev sahibliyi etməyə hazır olduqlarını da vurğulayıb.

Xatırladaq ki, Zelenski hazırda Ankarada səfərdədir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: