“Ukrayna Rusiyanın silah istehsalını zəiflətmək üçün pilotsuz uçuş aparatları ilə hərbi-sənaye kompleksinə zərbələr endirir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.
Onun sözlərinə görə, Rusiyanın silah istehsal edən zavodlarının üçdə biri Avropa hissəsində yerləşir və Ukrayna PUA-ları üçün əlçatandır.
“Naməlum fəaliyyətlərin olduğu Rusiya obyektlərinə nəzər saldıqda görürük ki, onların hərbi-sənaye kompleksləri üçün işləyir”, – o bildirib.