Ukraynaya Silah Təchizatı üzrə Təmas Qrupu (Ukraine Contact Group) Kiyevə 35 milyard dollar dəyərində hərbi dəstək göstərməyi öhdəsinə götürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili məlumat yayıb.
“Təsdiqləyə bilərəm ki, bu gün əlaqə qrupu Ukraynaya ümumilikdə 35 milyard dollarlıq yeni hərbi yardım ayırıb”, – o deyib.
Hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, raketlər və avtomatlaşdırılmış döyüş qüllələri daxildir.
Daha əvvəl Böyük Britaniya 2025-ci ilə qədər Ukraynaya hərbi dəstək üçün 600 milyon funt sterlinq sərmayə ayırdığını açıqlamışdı.
Rusiya isə Ukraynaya hərbi yardımın artırılmasının böhranı uzatdığını və silah təchizatçılarını potensial cinayətlərdə əli olmaqda ittiham edir.
Tahir Turan
Globalinfo.az