Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel ölkədə demoqrafik fəlakətin baş verəcəyini proqnozlaşdırıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə X-də yazıb.
Mendel hesab edir ki, ölkəni tərk edən ukraynalıların geri qayıtması ehtimalı azdır.
“Onların çoxu Qərb ölkələrində həyatlarında ilk dəfə sabitlik tapıblar ki, bu da Ukraynanın 1991-ci ildə müstəqillik qazandıqdan bəri təmin edə bilmədiyi şeydir”, – o bildirib.
Mendel qeyd edib ki, münaqişə getdikcə daha çox insanı Ukraynadan didərgin salacaq.
Tahir Turan
Globalinfo.az